Azedu.az

MHP-nin Şuşada tikdirəcəyi məktəbin inşasına az qaldı: “Haber Global”   

Məktəblər

30 May 2021, 11:30
MHP-nin Şuşada tikdirəcəyi məktəbin inşasına az qaldı: “Haber Global”   

Türkiyənin “Haber Global” kanalı Milliyyətçi Hərəkat Partiyasının səri Devlət Bahçeli tərəfindən səsləndirilən Şuşada məktəb tikilməsi ilə bağlı təklifin detallarını əldə edib.

 

AzEdu.az xəbər verir ki, kanalda yayımlanan süjetdə bildirilib ki, məktəbin tikintisinə az müddət qalıb.

 

“Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfdən minnətdarlıqla qarşılanmışdı.

 

Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox