Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində uğur qazanaraq müddətsiz müqavilə əsasında işə qəbul edilən namizədlərin məlumatlarının statistik təhlilini aparıb.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, statistik göstəricilərə əsasən, 2020-2021-ci tədris ilində 5345 namizəd müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində uğur qazanaraq işlədikləri ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında çalışmaq imkanı əldə edib. Uğur qazanan namizədlərin orta yaşı 28-dir.