Azedu.az

“Psixoloji araşdırmalar: nailiyyətlər, vəzifələr” mövzusunda vebinar təşkil olunacaq  

19 May 2021, 11:07
“Psixoloji araşdırmalar: nailiyyətlər, vəzifələr” mövzusunda vebinar təşkil olunacaq  

Təhsil İnstitutu 90 illik yubileyi ilə əlaqədar silsilə vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar “Psixoloji araşdırmalar: nailiyyətlər, vəzifələr” mövzusunda mayın 27-si saat 19:00-da təşkil olunacaq.

 

Vebinarda spiker qismində Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru, dosent Elxan Bəylərov çıxış edəcək.

 

Elxan Bəylərov 2014-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə, pedaqogika və psixologiya üzrə ekspert şurasının üzvüdür. O, Azərbaycanın təhsil sahəsindəki islahatlarda kurikulumların, o cümlədən məzmun və qiymətləndirmə standartlarının hazırlanmasında iştirak edib, həmçinin Təhsil Nazirliyinin və Hollandiyanın “Cito” qrupunun milli məsləhətçisi olub. 100-dən çox elmi-metodik və pedaqoji əsərin, 25-dən artıq proqram, dərslik, kitab və kitabçanın, o cümlədən Azərbaycanda ilk məntiqi test toplusu olan “Bir sual 880 cavab və ya min bir sirrin xəzinəsi (2002)” vəsaitinin müəllifidir.

 

Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox