Azedu.az

Təhsil Nazirliyi: Yerdəyişmə müsabiqəsinin sənəd qəbulu yekunlaşdı  

17 May 2021, 12:49
Təhsil Nazirliyi: Yerdəyişmə müsabiqəsinin sənəd qəbulu yekunlaşdı  

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu mərhələsi başa çatıb.

 

AzEdu.az xəbər verir ki, 5-16 may tarixlərini əhatə edən bu mərhələdə 13 105 şəxs müsabiqədə iştirak etmək üçün müraciət edib. Onlardan 8441 nəfəri ərizəsini tamamlayaraq iştirakını təsdiq edib.

 

Müsabiqənin növbəti mərhələsində namizədlərin ərizələri yoxlanıldıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək. 

 

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!

İranda Pezeşkian və türklər təhqir edildi
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox