Bu imtahanlarda iştirakı nəzərdə tutulan 26491 nəfərdən 376 nəfər imtahana gəlməyib.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar.
Qeyd edilib ki, 22-23 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin bayramdan sonrakı həftə ərzində elan olunması nəzərdə tutulur.