Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021- ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında bir nəfər maksimum bal toplayıb.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahan iştirakçıları arasında 1 nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb.
Həmin şagird 2 il əvvəl 9- cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.