“Hər kitab bir xəzinədir” adlı sosial layihə başa çatıb.
AzEdu.az-ın məlumatına görə. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş layihə çərçivəsində məktəbli, valideyn və pedaqoji işçilər iştirak edib. İştirakçılar mütaliə etdikləri kitabdan bəyəndikləri hissəni oxuyaraq 1 dəqiqəlik videogörüntü formatında #HərKitabBirXəzinədir həştəqi ilə “Facebook” sosial şəbəkəsində paylaşıblar.
Qeyd edək ki, 23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş layihənin əsas məqsədi oxu vərdişlərini inkişaf etdirmək və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir.