Azedu.az

8 namizəd onlayn müsahibələrdə iştirak etmədi  

MİQ

Elm və Təhsil Nazirliyi

23 Aprel 2021, 12:27
8 namizəd onlayn müsahibələrdə iştirak etmədi  

21-22 aprel tarixlərində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr keçirilib. 

 

AzEdu.az-ın məlumatına görə, onlayn müsahibələrə fənlər üzrə ümumilikdə 536 namizəd dəvət olunub. Namizədlərdən 528 nəfəri müsahibələrdə iştirak edib.

 

Qeyd edək ki, onlayn müsahibələrdə komissiya qismində yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edib. 

 

Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək. 
 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox