Azedu.az

Laçının bir məktəbi distant təhsilə keçib  

Məktəblər

9 Aprel 2021, 16:26
Laçının bir məktəbi distant təhsilə keçib  

Ağsu rayon Xanbulaq kəndində yerləşən Laçın rayon Xərəcan kənd orta məktəbi distant təhsilə keçib.

 

AzEdu.az xəbər verir ki, buna səbəb müəllim və şagirdlərdə koronavirus infeksiyasının aşkarlanmasıdır.

 

Ağsu rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) əməkdaşları tədris ocağında araşdırma aparıb və əyani təhsilin müvəqqəti olaraq dayandırılmasına qərar veriblər.

 

Hazırda məktəbdə dezinfeksiya işləri aparılır.(Report)

 
DİQQƏT: Moskvadakı azərbaycanlıların nəzərinə!
Son xəbərlərDaha çox