Azedu.az

Paytaxt məktəblərində şəhidlərin ailə üzvləri, qazi və Vətən müharibəsi iştirakçıları işlə təmin edilir  

Məktəblər

9 Aprel 2021, 12:48
Paytaxt məktəblərində şəhidlərin ailə üzvləri, qazi və Vətən müharibəsi iştirakçıları işlə təmin edilir  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvlərinin, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu davam edir.

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, müvafiq müraciətlər əsasında vakant yerlərə işə qəbul ilə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 27 nəfər işlə təmin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şəhid, qazi olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi məqsədilə ümumi təhsil müəssisələrində vakant vəzifələrə (laborant, kargüzar, operator və s.) işə qəbul prosesi zamanı həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi nəzərdə tutulur.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox