“Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı”.
AzEdu.az xəbər verir ki, bunu bunu təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə tədrisin təşkilinə dair” facebook canlı yayımında deyib:
“Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur.
Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bu isə artıq 10-15 məktəbin bağlanması demək idi”.