Azedu.az

Abşeronda 8 yeni məktəb tikiləcək

Məktəblər

1 Aprel 2021, 13:47
Abşeronda 8 yeni məktəb tikiləcək

Abşeron rayonunda şagird sıxlığının aradan qaldırılması üçün 8 yeni orta məktəb binasının, 14 əlavə tədris korpusunun tikintisi planlaşdırılır.

 

AzEdu.az-ın məlumatına görə, bunu Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova deyib.

 

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən Abşeronda bir neçə əraziyə baxış keçirilib:

 

"Sarayda 1 və 3 saylı, Qobuda 3 saylı, Ceyranbatanda 2 saylı orta məktəbdə əlavə tədris korpusu tikiləcək.

 

Ehtiyac nəzərə alınaraq, həmin ərazilərdə növbəti illərdə yeni məktəb binaları da tikiləcək. Artıq Xırdalan şəhərində 1, Masazır qəsəbəsində 2 məktəb binasının inşasına başlanılıb. Saray qəsəbəsində 1 yeni məktəb binası tikilir, 2 saylı tam orta məktəbin binası isə yenilənir".

TƏCİLİ! Proses başladı-Ukraynaya qoşun göndərilir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox