AzEdu.az yeni rubrikaya start verir. Bu rubrikamızda Azərbaycan və dünya məşhurlarının orta məktəb həyatı ilə bağlı məlumatları təqdim edirik.
Rubrikamızda ilk olaraq Türkiyə Cümhuriyyətinin qurucusu, Türkiyə dövlət, hərbi və siyasi xadimi Qazi Mustafa Kamal Atatürkdür.
Mustafa Kamal Atatürkün təhsil həyatı çtədqiqatçılar tərəfindən maraqla araşdırılan mövzulardandır.
Atatürkün yeniyetmə və gənc yaşlarında bir çox məktəbdə təhsil alıb.
Mustafa Kamal ilk təhsilini Selanikdə məhəllə məktəbində alıb. O dövr üçün ənənəvi təhsil verilən məktəbə Atatürk anasının istəyi ilə gedib. Burada bir neçə həftə oxuyub və bəzi dini dərslər alıb.
Daha sonra təhsilini Selanikdə Şəmsi Əfəndi məktəbində davam etdirib. Əsasən, Qərb təhsil- sistemin tədris edildiyi məktəbə atasının istəyi ilə daxil olur. Orada oxuduğu dövr ərzində atası vəfat edir.
Daha sonra Selanik Mülkiyyə Rüşdiyyəsində təhsil alır. O dövrdə məmur olmaq istəyənlər həmin təhsil müəssisinə gedirdilər.
Atatürk uşaq yaşlarından əsgər olmaq istəyir. Qonşusunu hərbi formada gördükdən sonra, əsgər olmağa qərar verir və təhsilini Selanik Əsgəri Rüştiyəsində davam etdirir. Burada müəllimi tərəfindən Kamal adını alır.
Daha sonra Makedoniyada Manastır Askerî İdadisində təhsilini davam etdirir. Doğulub böyüdüyü şəhərdən ilk dəfə uzaq düşən Atatürk, burada Ömər Naci ilə tanış olur. Ədəbiyyatla maraqlanır, xarici dil öyrənməyə başlayır.
Sonradan İstanbul Hərb Məktəbində təhsilini davam etdirən Atatürk buradan leytenant rütbəsilə məzun olur.
Son olaraq, İstanbul Akademiyasında Atatürk yüzbaşı rütbəsilə təhsilini tamamlayır.