Azedu.az

COVID-19-dan ölənlərin cəsədləri məktəb avtobusları ilə daşınacaq

Məktəblər

30 Mart 2021, 10:00
COVID-19-dan ölənlərin cəsədləri məktəb avtobusları ilə daşınacaq

Braziliyanın San-Paulo şəhərinin rəhbərliyi COVID-19 infeksiyası səbəbindən ölənlərin cəsədlərini daşımaq üçün nəqliyyat vasitələrinin sayını ikiqat artıracaq, həmçinin bu məqsədlə məktəb avtobuslarından da istifadə oluna bilər.

 

Bu barədə “CNN Brasil” məlumat yayıb.

 

“Mənə 130-a yaxın avtobus sahibinin məlum məsələ ilə bağlı iclasda iştirak etmələri barədə məlumat verilib. Onlar cəsədləri daşımaq üçün nəqliyyat vasitələrinin rəng sxemini dəyişdirməli, oturacaqları sökməlidir. Daha sonra bu avtomobillər məktəblərə qaytarılacaq? İşçilər məhz bundan çəkinirlər və nə üçün bununla razılaşmadıqlarını başa düşürəm”, - deyə San-Paulo şəhərinin məktəb nəqliyyatı sahəsi üzrə həmkarlar ittifaqının sədri açıqlamasında bildirib.

 

Qeyd olunur ki, koronavirusa yoluxanların ölüm sayının artdığı görə, San-Pauloda ölənlərin cəsədlərini daşıyan avtomobillərin sayı 45-dən 94-dək artırılıb.

 

Oxu.az

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox