Yanıltmacları öyrənmək çox əyləncəlidir. Bunların həm də başqa yaxşı tərəfləri vardır. İngiliscə olan yanılmacları öyrənmək tələffüzümüzü yaxşılaşdıracaq. Bundan əlavə bənzər səslər istifadə edildiyi üçün danışığımızı daha aydın edəcəkdir.
Danışıqda istifadə etdiyimiz əzələləri inkişaf etdirdiyi üçün daha yaxşı nitqə sahib olmağımız da yanıltmaclarla mümkündür.
Onları öyrəndiyimiz müddətdə həm də hansı səslərin tələffüzündə çətinlik çəkdiyimizi də görə bilirik. Beləliklə, həmin səsləri tələffüz etməyə də köməyi dəyir yanıltmacların.
Hər hansı bir təqdimatınız varsa, ondan əvvəl yanıltmac deyin. Bu sizi çıxışınıza hazırlayacaq. Əyləncəli olduğu üçün, əhvalımız da yüksələcək!
Aşağıda bəzi ingiliscə olan yanıltmacları qeyd edəcəm. Onları deyib, video çəkə bilərsiniz. Şərh bölməsində videonuzu bizimlə paylaşsanız çox şad olarıq!