Azedu.az

Daha bir məktəb distant təhsilə keçdi

Məktəblər

Elm və Təhsil Nazirliyi

19 Mart 2021, 11:24
Daha bir məktəb distant təhsilə keçdi

Quba rayonu Alekseyevka kənd tam orta məktəbində dərs deyən müəllimdə koronavirus infeksiyasının əlamətləri aşkar olunub.

AzEdu.az xəbər verir ki, məktəbin direktoru İsa Əlixanlı bildirib ki, məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən müəllimə Məhsimova Gülxar Sabir qızının həyat yoldaşında infeksiyasının əlamətləri aşkar edildiyindən, o da koronavirus testi verib, nəticəsi "pozitiv" çıxıb:

"Bu səbəbdən 19 mart 2021-ci il tarixindən 02 aprel 2021-ci il tarixədək məktəbdə tədris distant təhsil şəklində tədris olunacaq. Hazırda, müəllimə ambulator şəraitdə, həkim nəzarətində müalicə olunur. Gülxar müəllimənin 30 ilə yaxın iş təcrübəsi var".

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox