Azedu.az

Ucqarlarda işləyəcək müəllimlərə şad xəbər – MİQ-də əlavə yeniliklər ediləcək

Məktəblər

Elm və Təhsil Nazirliyi

18 Mart 2021, 17:07
Ucqarlarda işləyəcək müəllimlərə şad xəbər – MİQ-də əlavə yeniliklər ediləcək

 

 

“MİQ yalnız bu imtahanda iştirak edənlər üçün deyil, Azərbaycan təhsili üçün nəzərdə tutulub”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzulu canlı yayım zamanı deyib.

 

O, bu il MİQ-lə bağlı dəyişikliklərin tətbiq olunma ehtimalını istisna etmir:

 

 

“Biz kənd yerlərində işləyən müəllimlər üçün həvəsləndirmə tədbirləri həyata keçiririk. Lakin mən bir təklif olaraq deyə bilərəm ki, ucqar kənd bölgələrində işləyən müəllimlər növbəti dəfə MİQ-də iştirak etmək istəsələr, onlara əlavə bal tətbiq edilsin. Bununla bağlı aprel ayında cəmiyyətin fikrini almaq üçün rəy sorğuları da keçirilə bilər”.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox