“Dövlət ümumitəhsil müəssisələrində müəllimlər attestasiyadan yox, sertifikasiyadan keçəcəklər"
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.
Onun sözlərinə görə, attestasiya tamamilə ləğv olunacaq:
“Məlumdur ki, müəllimlərin hər 5 ildən bir attestasiyası keçirilirdi. Lakin yeni qaydalara əsasən, dövlət ümumitəhsil müəssisələrində çalışan müəllimlər yalnız sertifikatlaşdırılmadan keçəcəklər. Yəni onların həm attestasiya həm də sertifikasiyadan keçməsinə heç bir ehtiyac qalmayacaq”