Azedu.az

Dövlət qulluğu vəzifələri üzrə müsahibədə 134 nəfər uğur qazanıb  

13 Mart 2021, 12:49
Dövlət qulluğu vəzifələri üzrə müsahibədə 134 nəfər uğur qazanıb  

Ümumilikdə 52 dövlət orqanında 250 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il dekabrın 10-da elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AzEdu.az xəbər verir ki, DİM-in  göstəricilərinə əsasən, müsahibədə 134 nəfər uğur qazanıb. Onlardan 27-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 20-si Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 17-si Şəki Apelyasiya Məhkəməsində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibədə iştirak üçün 2006 nəfər sənəd verib. Müsahibə aprelin 16-da başa çatacaq.

DİQQƏT: Moskvadakı azərbaycanlıların nəzərinə!
Son xəbərlərDaha çox