Pandemiyanın davam etdiyi müddətdə məktəblərdə sağlamlıq baxımından təhlükəsiz və sosial məsafəni qoruyan bir sıra qaydaların tətbiqi vacibdir.
Hələ əksər ölkələrdə təhsil müəssisələri tədrisi onlayn şəkildə davam etdirdiyi zaman Danimarkada yerləşən Kopenhagen Beynəlxalq Məktəbində (Copenhagen International School) əyani dərslər bərpa olunmuşdu.
400 şagirdi tədrisə cəlb edən məktəb, sağlamlıq baxımından bir sıra yeni qaydalar tətbiq edərək ənənəvi tədrisin gedişatını tənzimlədi.
Kopenhagen məktəbinin müəssisə rəhbəri Kent Sehested məktəblərdə sosial məsafəni qorumaq üçün əsas 10 yolun olduğunu bildirib.
AzEdu.az müəssisə rəhbərinin qeyd etdiyi 10 yolu təqdim edir:
1.Dəqiq nişanları və istiqamətləri tənzimləyin
Hər şeydən əvvəl tətbiq olunacaq yeni qaydaların valideynlərə və məktəb heyətinə dəqiq şəkildə izah edildiyindən əmin olmaq lazımdır.
Kent Sehested bununla bağlı bildirir: “Məktəbi açmazdan bir neçə gün əvvəl direktorun valideynlərə göndərdiyi və açıq təlimatlardan ibarət olan e-male işimizi çox asanlaşdırdı. Nəticə olaraq əksər valideyn və şagirdlərin yeni qaydalara hazırlıqlı və nə etmələri olduqlarını bilərək məktəbə gəldiklərinin şahidi olduq”.
Eyni zamanda müəssisə rəhbəri, valideyn və şagirdlər məktəbə addım atdıqlarında həm özünün, həm də digər əməkdaşların onlara yardım etmək üçün hazır gözlədiklərini qeyd edib:
“Əməkdaşlarla birlikdə hər səhər məktəbin həyətində gözləyir və insanların doğru şəkildə sıraya girməsinə kömək edirik. Suallarına cavab veririk və hər zaman yanlarında oluruq – bu hamının özünü təhlükəsiz hiss etməsinə şərait yaradır”.
2.Sosial məsafə məktəbdən kənarda başlayır
Məktəbin həyəti potensial təmas baxımından ən riskli zonalardan biridir, bu səbəblə insanların sosial məsafəni qorumasına yardımçı olacaq qaydalar tətbiü etmək zəruridir:
“İnsanların arasında iki metrlik bir sıra yaratmaq üçün xətlər çəkdik və yol nişanlarından istifadə etdik. Bu sosial məsafənin qorunmasına kömək edir. Biz məsafəni qorumaq üçün yol nişanlarından istifadə etdik, digər məktəblər müxtəlif vasitələrdən də istifadə edə bilərlər”.
3.Sosial məsafə məktəbin içində də davam edir
Sosial məsafə məktəbin içində də qorunur: “Şagirdlərin məsafələrini qorumalarına yardımçı olmaq üçün yerə lentlər yapışdırdıq. Harada dayanmalı olduqlarını bildikləri zaman qaydalara daha rahat şəkildə əməl edə bilirlər”.
4.Məktəbə giriş və çıxış saatları üst – üstə düşməyəcək şəkildə tənzimlənir
Sıxlıqdan qorunmaq üçün şagirdlər müxtəlif vaxtlarda məktəbə gəlir və fərqli vaxtlarda məktəbdən ayrılırlar. Uşaqların yarısı səhər 8.30 - da məktəbə gəlir və günorta 2.30 - da çıxır, digər yarısı 9- da gəlib günorta 3 -də məktəbdən çıxır.
İctimai nəqliyyat vaxt və sıxlığı səbəbindən əlverişsiz ola bilər.
"Həm də fiziki məsafəni artıra və uşaq sayını bir dəfəyə endirə bilmədiyimiz üçün məktəb avtobus xidmətimizi dayandırmalı olduq" - deyə Sehested əlavə edir.
5.Sıxlığın minimuma endirilməsi və idarə edilməsi
Digər bir vacib məsələ, məktəbin giriş və çıxış hissəsində yarana biləcək sıxlığa nəzarət etməkdir.
Sehested, “Sıxlığın qarşısını almaq üçün bir əsas giriş istifadə etmək əvəzinə, üç ayrı giriş və üç ayrı çıxışdan istifadə edirik. Binanın ətrafında insanların saat əqrəbi istiqamətinin əksinə hərəkət etməsini təmin edirik, bu sayədə tək istiqamətli bir insan axını yaranır və insanlar bir-birilərinə dəymir, sıxlıq yaratmır” – deyə bildirdi.
6.Gözləmə zalları və dezinfeksiya vasitələri
Təmizliyin tənzimlənməsi ən vacib məsələlərdən biridir. Bu səbəblə məktəb rəhbərliyi şagirdlərin məktəbin başqa bir hissəsinə hissəsinə getmədən öncə dezinfeksiya olunmasını təmin etmək üçün “gözləmə zalları” yaratdı:
“Şagirdlər məktəb binasına daxil olduqdan sonra uyğun məsafələrlə yerləşdirilmiş stullara əyləşərək gözləmə salonlarına yerləşdirilirlər.Bina girən və çıxan hər kəsin təmizliyinə nəzarət etmək üçün bütün giriş-çıxışlarda dezinfeksiya vasitələri var”.
7.Sinifdə tədris 10 nəfərlik qruplar halında aparılır
Əvvəlcədən təyin edilən və dəyişməyən müəllimlərə sahib az şagirdin olduğu siniflər qurmaq, yoluxuma riskini minimuma endirən sadə amma olduqca təsirli bir metoddur:
“Şagirdlərimiz 10 nəfərlik qruplar halında və sadəcə bir müəllimlə dərs prosesini davam etdirirlər. Özlərinə məxsus əl yuma yerlərinə sahibdirlər. Nəticə olaraq şagirdlər sadəcə 9 sinif yoldaşları və bir müəllimləri ilə gündəlik ünsiyyətdə olurlar, eyni zamanda xüsusi dərs də keçirlər”.
8.Fərdi yemək qutuları siniflərdə paylanır
Günorta yeməyini hər şagirdin öz sinfində yeməsi təmas riskini azaltmağa kömək edir:
“Ümumi bufetdən yemək alıb orada yemək əvəzinə, ayrı – ayrı qablarda yeməklər siniflərə gətirilir. Məktəb, bu yemək qutularının bir dəfəlik istifadı üçün olduğunu, maddi baxımda uyğun olmasa da şagirdlərin təhlükəsizliyi üçün tək çıxış yolunun bu olduğunu bildirir”.
9.Davamlı şəkildə təmizlik işləri görülür
“Təbii olaraq hər şey davamlı şəkildə təmizlənir. Tutacaqlar, oyuncaqlar və ümumi istifadə olunan hər şey gündə iki dəfə təmizlənir" - deyir Sehested.
Bütün bunlar məktəbin təmizlik qrupu tərəfindən həyata keçirilir, ancaq hər şey tez – tez təmizləndiyi üçün xərclər artır. Məktəbin digər bölmələri bağlı olduğu üçün qismən qənaət etmək mümkün olur.
10.Çevik olun
"Ümumi olaraq düşünürəm ki, əsas şey çevik olmaq, yaxşı qulaq asmaq və lazım olduqda sürətli dəyişikliklər etməkdir" - deyə müəssisə rəhbəri qeyd edir.
“Çox çalışmalı olduq, ancaq məktəbimizi açmağı bacardıq. Şagirdləri burada görmək gözəldir və hər gün normal həyatımıza geri qayıdırıq”.
Qeyd edək ki, hazırda Azərbaycanda orta məktəblərdə ənənəvi tədris hibrid formada davam etdirilir.