5 iyul Bakı Milli Konqrens Mərkəzində SABAH qruplarının məzun günü keçirilib. 39 ixtisas üzrə ümumilikdə 842 sabah məzunu öz ali təhsilinin ilk pilləsini uğurla başa vurub.
AzEdu.az xəbər verir ki, məzun günündə təhsil naziri Ceyhun Bayramov da iştirak edib. Tədbir sonrası jurnalistlərin suallarını cavablandıran Ceyhun Bayramov müəllimlərin işəqəbul imtahanları barədə danışıb:
“MİQ üçün qeydiyyat iyulun 2dən etibarən davam edir. 20 mindən çox şəxs imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib. İşəqəbul imtahanlarının iyulun 16-dan etibarən başlaması nəzərdə tutulub”.
Qeyd edək ki, imtahanlar avqust ayının 1-dək yekunlaşacaq.