Azərbaycanda ötən il 10 mindən çox müəllim stimullaşdırıcı tədbirlərə cəlb edilməklə kənd məktəblərində fəaliyyətə başlayıb.
AzEdu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Hesabatda bildirilir ki, keçən il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün 53,9 min elektron müraciət daxil olub. Müsabiqə nəticəsində 7,9 min müəllim işə qəbul edilib.(Trend)