“SABAH rəssamlarının işləri Böyük Britaniya Şahzadə məktəbinin sərgisində nümayiş etdirilməsi, musiqiçilərin Alamaniya, ABŞ, Polşa, Bolqarısan kimi dövlətlərdə keçirilən müsabiqələrdə qalib olması SABAH-ın uğurlarını bir daha təsdiq edir”.
AzEdu.az xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov SABAH qruplarının Bakı Konqrens Mərkəzində keçirilən məzun günündə deyib.
Nazir həmçinin öz çıxışında ali təhsil müəssisələrinin rəhbərlərinə təşəkkürünü də bildirib:
“Təbii ki, bu uğurlarda təhsil müəssisələrində yaradılan mühit xüsusi rol oynayır. Mən burada iştirak edən ali təhsil müəssisələrinin rəhbərləri, professor-müəllim heyətinə təşəkkür edir və onlara ən xoş arzularımı bildirirəm”.