İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanına qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az -a bildirilib ki, imtahanda iştirak etmək üçün indiyədək 51 nəfər (AA - 1, AB - 18, AC - 32) qeydiyyatdan keçib. Qeydiyyat martın 5-i saat 12:00-da başa çatacaq.
İmtahan kompüterlər vasitəsilə DİM-n Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında martın 7-də təşkil olunacaq.