“Bu gün “Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimində iştirak etdim”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində yazıb:
“Ümumilikdə ölkə üzrə 48 qalib layihədən riyaziyyat, fizika və biologiya, təbiət və kompüter elmləri, mühəndislik, tibb və sağlamlıq sahələrinə dair 7 layihə İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək imkanı qazandı. Müsabiqədə iştirak edən və qalib olan bütün şagirdlərimizi təbrik edirəm.
Aşağıda adlarını qeyd etdiyim şagirdlər ölkəmizi İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edəcəklər.