Azedu.az

Üz-üzə imtahan mübahisəsi:Şagirdlər istəmir, ekspertlər “vacibdir” deyir...

Məktəblər

Elm və Təhsil Nazirliyi

Tələbə və şagird

25 Fevral 2021, 10:24
Üz-üzə imtahan mübahisəsi:Şagirdlər istəmir, ekspertlər “vacibdir” deyir...

Türkiyədə lisey şagirdləri sosial mediada “imtahan istəmirik” həştəqli paylaşımlar edirlər. Ekspertlər isə imtahanın vacibliyini vurğulayaraq, imtahanın şagirdin düşməni olmadığını bildiriblər.

 

Türkiyədə məktəblər növbə ilə açılmağa başlayıb. AzEdu.az türk mediasına istinadən xəbər verir ki, liseylərdə pandemiya səbəbindən keçirilməyən imtahanlar martın 1-dən karantin şərtlərinə uyğun qaydada təşkil ediləcək. İmtahanda 50 baldan yuxarı toplayan şagirdlər uğurlu nəticə əldə etmiş sayılacaq. Üz-üzə təhsilə cəlb olunmayan 9,10 və 11-ci sinif şagirdləri evdən imtahana qatıla biləcəklər. Lisey məzunları isə imtahanların birinci semestrdə olduğu kimi ləğv edilməsini tələb edirlər.

 

“Güvəniləcək nəticələr istəyirik”

 

Hacetepe universitetinin Təhsil fakültəsinin professoru Səlahəddin Gelbal şagirdlərin etirazlarına cavab olaraq bunları bildirdi:”Qiymətlər şagirdlərin gələcəyində böyük rol oynayır. Bu səbəbdən biliyin göstəricisi olaraq güvəniləcək nəticəyə ehtiyac var. Lakin üz-üzə imtahana qatılmaq istəməyən şagirdlərə də alternativ variantlar olmalıdır”.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox