Azedu.az

İmtahanların modelinə uyğun tapşırıq nümunələri ilə bağlı videotövsiyələr hazırlandı

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

24 Fevral 2021, 12:02
İmtahanların modelinə uyğun tapşırıq nümunələri ilə bağlı videotövsiyələr hazırlandı

Dövlət İmtahan Mərkəzində (DİM) şagirdlərə kömək məqsədilə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları və imtahanın modelinə uyğun tapşırıq nümunələri ilə bağlı videotövsiyələr hazırlanıb.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan dili, riyaziyyat, ingilis dili, rus dili (rus bölməsi), fransız dili fənləri üzrə tövsiyələr mərkəzin “YouTube” kanalında yerləşdirilib.

 

Digər imtahan fənləri üzrə tövsiyələr yaxın günlərdə DİM-in “YouTube” kanalında yerləşdiriləcək.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox