DİM tərəfindən fevralın 28-i magistraturaya qəbul imtahanı keçiriləcək. Bu, namizədlərə verilən 1-ci şans imtahanıdır.
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, imtahana qatılacaq namizədlər mütləq “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni özləri ilə gətirməlidirlər. Bu sənədlər DİM-in saytından birlikdə çap olunmalı, və imtahan nəzarətçisinə təhvil verilməlidir.