Azedu.az

“Media haqqında” yeni qanun layihəsinin əhatə dairəsi müəyyənləşdirilir

22 Fevral 2021, 16:32
“Media haqqında” yeni qanun layihəsinin əhatə dairəsi müəyyənləşdirilir

““Kütləvi İnformasiya Vasitələri haqqında” qanundan fərqli olaraq “Media haqqında” yeni qanun layihəsi Azərbaycanda media subyektlərinin bütün dairəsini əhatə edəcək”.

 

AzEdu.az-ın xəbərinə görə, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, yeni qanun layihəsi audiovizual, çap, onlayn medianı əhatə edəcək: “Onlayn və çap media ilə bağlı kriteriyalar müəyyən olunacaq. Bundan əlavə audivizual mediaya lisenziyaların verilməsi, onlar barəsində reysterin aparılması yeni qanun layihəsində əksini tapacaq”.

 
ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox