Azedu.az

Test imtahanlarının nəticələri ilə bağlı Apelyasiya Komissiyası fəaliyyət göstərəcək  

20 Fevral 2021, 14:12
Test imtahanlarının nəticələri ilə bağlı Apelyasiya Komissiyası fəaliyyət göstərəcək  

İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanlarının nəticələri ilə bağlı Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.

DİM-dən  bildirilib ki, komissiya fevralın 22-dən 24-nə kimi saat 14:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında müraciətlərə baxacaq.

Xatırladaq ki, DİM tərəfindən fevralın 19-da dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid qruplar üzrə test imtahanları keçirilib. İmtahanlarda ümumilikdə 732 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır
Son xəbərlərDaha çox