Türkiyənin İzmir şəhərində yaşayan 80 yaşlı 2 uşaq anası Hasbiye Candemir ali məktəblərə qəbul imtahanında iştirak edib.
AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 5 nəvəsi olan Hasbiye Candemir jurnalistlərə açıqlamasında konservatoriya tələbəsi olmaq ümidilə imtahana qatıldığını bildirib:
“Heç bir şey üçün gec deyil. Əgər yaxşı bal toplasam, konservatoriyada digər tələbələr kimi təhsil alacam”.