“Magistraturaya qəbul imtahanı qaydalarında ötən illə müqayisədə hər hansı bir dəyişiklik nəzərdə tutulmur”.
Bu haqda AzEdu.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib.
Magistraturaya qəbul imtahanı ilə bağlı danışan X.Xanlarzadə, prosesdə hər hansı dəyişikliyin olmadığını bildirib:
“Magistraturaya qəbul imtahanı qaydaları ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. İmtahan 1 mərhələli keçiriləcək. Qəbul imtahanları Bakı, Naxçıvan Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində baş tutacaq”.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə yanvarın 29-u keçirilən mətbuat konfransında imtahanların birmərhələli, lakin 2 dəfə keçiriləcəyini açıqladı. Magistraturaya qəbul üçün I imtahana qeydiyyat 9-18 fevral tarixlərində aparılır.