Təhsil nazirinin müşaviri Elnur Nəsibov 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Tarix müəllimi Emin Piri ilə görüşüb.
AzEdu.az xəbər verir ki, müəllim bunu öz sosial şəbəkə hesabında paylaşaraq öz təşəkkürünü bildirib:
“Təhsil nazirinin müşaviri Elnur bəyin dəvətiylə nazirlikdə görüşdük, müxtəlif mövzularda maraqlı müzakirələr apardıq.Tanrının izniylə maraqlı layihələrlə görüşünüzə gələcəm.”
Eyni zamanda Nazir müşaviri tərəfindən müharibə iştirakçısı olan müəllimə hədiyyə təqdim edilib.
Qeyd edək ki, müəllim Emin Piri eyni zamanda jurnalist kimi fəaliyyət göstərir.