“Bütün siniflərdə yaxın zamanda üz-üzə təhsil mümkün görünmür”
AzEdu.az türk mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Təhsil Naziri Ziya Səlcuq bildirib.
Nazir Eba tv-dən müəllimlərə səsləndi:
“Öyrəşmədiyimiz şərtlərdə fərqli metodlarla tədrisin davamına nail olundu. Müəllimlər bu müddətdə əllərindən gələni etdilər. Həmçinin pandemiya müddətində müəllim-valideyn münasibətləri möhkəmləndi. Dijital bacarıqlarınızı artırıb hər zamankından daha aktiv çalışdınız. Üzərinizə düşən məsuliyyəti artıqlamasıyla yerinə yetirdiniz. 15 fevraldan etibarən təhsildə yeni bir dövrə başlayırıq. Məqsədimiz zaman içində mərhələli formada bütünlükdə ənənəvi tədrisə keçməkdir. Həmçinin pandemiya müddətində yaranan təhsildəki itkilərimizi müəyənləşdiririk”.