Azedu.az

Bu gündən növbəti onlayn müsahibələrə başlanılır  

5 Fevral 2021, 14:10
Bu gündən növbəti onlayn müsahibələrə başlanılır  

Fevralın 5-də 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti onlayn müsahibə mərhələsinə başlanılır.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bu mərhələdə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib. Onlayn müsahibə mərhələsinə 2 min 948 nəfər dəvət olunub.

 

Müsahibələr “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilən videotəlimatla tanış olmağı tövsiyə olunur.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox