Hazırki dövrdə uğurlu gələcək üçün əsas məsələlərdən biri də ingilis dilini bilməyin vacibliyidir.
Bunun üçün ən geniş yayılmış metodlardan biri də ingiliscə filmlər izləmək və müxtəlif mahnılar dinləməkdir. Yəqin ki, ingilis dilini çox yaxşı bilən insanlardan – “Filmlər izlə, faydasını görəcəksən” – tipli cümlələr eşitmisiz.
Bu səbəblə AzEdu.az yaşından asılı olmayaraq şagirdlər, müəllimlər, tələbələr və digər hər kəsin ingilis dilinin inkişafı üçün izləyə biləcəyi 10 ən yaxşı filmi təqdim edir:
1.Harry Potter film seriyası
Məşhur yazıçı J.K.Rowlingin yazdığı silsilə kitabların 8 film halında çəkilməsi ilə ortaya çıxan Harry Potter izləyən tərəfindən çox bəyənilir.İlk olaraq uşaqlar üçün yazılsa da hər yaşdan olan insanların diqqətini çəkən filmdə Harry Potter adlı sehrbaz uşağın, dostları Hermione Grangerin və Ron Weasleynin yaşadığı macəralardan bəhs edilir. Qaranlıq sehrbaz olan Lord Woldemortla mübarizələrinə əsaslanan film ingilis dilini öyrənmək üçün böyük əhəmiyyətə malikdir. Həm istifadə edilən sözlər, həm də cümlə quruluş tərzləri ingilis dili səviyyəsi aşağı olan şəxslər tərəfindən də mənimsənilə və rahatca anlaşıla bilər. Eyni zamanda kitabın müəllifi Rowling bir dilçi olaraq sözlərin etimologiyasına önəm verib. Bu da söz ehtiyatının artırılmasına kömək edəcək.
2.Lord of The Rings (Üzüklərin hökmdarı)
İngilis ədəbiyyatında olduqca böyük bir yerə sahib olan Lord of The Rings yazıçı J.R.R Tolkienin dünyaca ən məşhur əsəri olaraq tanınır. Epik fantaziya tərzində olan bu romanda orta dünyada yaşanan xeyir və şər arasındakı mübarizədən bəhs edir. Roman çox səs gətirir və nəticə olaraq onun əsasında film seriyası çəkilir. Bu film seriyası olduqca məşhurlaşır və insanlar tərəfindən ingilis dilinin inkişafı üçün faydalı olaraq görülür. Eyni zamanda filoloq olan müəllif Tolkien ingilis dilini öyrənmək istəyən insanlara öz əsərində bu dil haqqında əhəmiyyətli məlumatlar təqdim edir.
3.Finding Nemo ( Nemonun axtarışında)
Animasiyalar dil öyrənmək üçün faydalı olan film kateqoriyaları arasında birinci yerdədir. İngilis dilinin çox sadə istifadə edildiyi bu rəngli filmlər dili inkişaf etdirmək üçün çox rahat və əyləncəlidir. İngilis dilinin inkişafı üçün ən çox məsləhət görülən Finding Nemo və Finding Dori bu tip animasiyalardandır. Animasiya dənizda yaşayan və itkin düşən balıq Nemo və Dorinin axtarışından bəhs edir. Bu cizgi film sayəsində çox sadə gündəlik istifadə edilən cümlələr və müxtəlif dəniz heyvanlarının ingilis dilində adlarını öyrənə bilərsiz.
4.The King’s Speech (Kralın nitqi)
Adından da göründüyü kimi film bir kralın xalq qarşısında çıxış edəcəyi nitqi əsasında hazırlanıb. Kral Georgenin nitq dərslərində etdiyi dərslər həm güldürür, həm də ingiliscə ilə bağlı çox şey öyrədir. Filmdə kral öz nitqinə hazırlaşarkən izləyicilər də bir çox sözlərin doğru tələffüzünü mənimsəyir. Hətta istəsəniz filmi dayandırıb siz də kral ilə birlikdə sözləri tələffüz edə bilərsiniz. Həm gülməli, həm də öyrədici bir metoda sahib olan film ingilicsə dinləmə və başa düşmə qabiliyyətini inkişaf etdirmək istəyənlər üçün əla seçimdir.
5.The Social Network (Sosial şəbəkə)
Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebookun və onun yaradıcısı Mark Zuckerbergdən bəhs edən filmdə istifadə edilən ingiliscə əslində hər kəsin aktiv istifadə etdiyi, rahat və anlaşılan şəkildədir. Filmdə gündəlik həyatımızda geniş şəkildə istifadə etdiyimiz sözlərin ingiliscəsini çox rahat bir şəkildə öyrənə bilərsiz. Facebookun Mark Zuckerberg tərəfindən necə yaradılması,baş verən proseslər filmin əsas mövzusunu təşkil edir. Film gündəlik həyatımızın böyük ekranda səhnələşdirilməsinə bənzəyir.
6.Forrest Gump
“Run Forrest Run” cümləsi ilə məşhur olan bu filmin baş rolunu dünyaca məşhur aktyor Tom Hanks canlandırır. Əqli problemləri olan bir adamı canlandıran Tom Hanks filmdə olduqca yavaş və sadə ingiliscə ilə danışır. Eyni zamanda Amerika tarixini də özündə əks etdirən filmdə həm ingilis dilini, həm də Amerika tarixini öyrənmək mümkündür. Saflığın və dürüstlüyün mükəmməl şəkildə səhnələşdirildiyi Forrest Gump mütləq şəkildə izlənilməli olan filmlər arasındadır.
7.It (O)
Qorxu filmi sevənlər üçün də bir film tövsiyyə edə bilərik. Stephan Kingin məşhur kitabı əsasında çəkilən It (O) filmi ingilis dilini inkişaf etdirmək istəyən qorxu filmi sevərlər üçün yaxşı seçimdir. Filmdə mənfi obraz olan bir klounun uşaqlar arasında qorxu salmasından bəhs edilir. Dəhşət saçan bu hekayədə uşaqlar, qurbanlarının qorxduğu obraza girən klounla mübarizə aparmağa çalışır. Filmdə danışılan dil olduqca sadə, başa düşülən və axıcıdır.Eyni zamanda filmdə əsasən amerikan aksenti ilə danışılması bu aksentin mənimsənilməsində sizə yardımçı olacaq.
8.The Shawshank Redemption
Yenə bir Stephan King kitabının film dünyasına uyğunlaşıdırlması ilə ortaya çıxan The Shawshank Redemption dünyaca məşhur undulmaz filmlərdəndir. Baş rollarını tim Robbinsin və Morgan freemanın canlandırdığı filmdə həbsxanadıkı ümüd dolu bir mühitdən bəhs edilir. İngiliscə dinləmə (listining) bacarıqlarınızı inkişaf etdirəcək bu filmi izləməkdən zövq alacaqsız.
9.Green Mile (Yaşıl yol)
Bu film də Stephan Kingin yazdığı bir kitab əsasında film halında çəkilib. “Please boss, don't put that thing over my face, don't put me in the dark. I'm afraid of the dark. (Lütfen bos, üzümü o şeylə örtmə, məni qaranlıqda buraxma.Mən qaranlıqdan qorxuram.)” – cümləsi ilə məşhur olan film John adlı bir məhkumun hekayəsindən bəhs edir. Günahsız olduğu halda həbsə atılan və ölüm cəzası verilən Johnun hekayəsi olduqca məsum və qəribədir. Filmdə ingilis dilində müxtəlif aksentlərdə danışılır. Siz bu sayədə ingilis dilinin müxtəlif tələffüz formaları ilə tanış ola və bildiyiniz sözlərin fərqli tələffüzünü öyrənə bilərsiz.
10.The Hunger Games (Aclıq yunları)
Film gələcəkdə, Panem adlı bir ölkədə baş verir. Hər il aclıq oyunlarına seçilən insanlar bölgələrini təmsil etmək üçün ölümlə mübarizə aparırlar. Sosial bərabərsizliyi vurğulayan filmin əsas qəhrəmanı 12-ci bölgədən olan 16 yaşlı Katnissdir. Hər detalı diqqətıli izlənilməli bir film olduğu üçün dialoqları qaçırmaq mümkün deyil. Film elmi fantastika olsa da, dili digər filmlərlə müqayisədə daha sadə və səlisdir. Filmdə personajlar söhbətləri izləməyi asanlaşdıran Şimali Amerika tələffüzündən istifadə edirlər.
Qeyd edək ki, filmlərlə yanaşı ingilis dilini inkişaf etdirmək üçün dünyaca çox məşhur "Friends","Sherlock Holmes", "How I met your mother" və s. kimi serillar da var.