“Tələbələr əvvəlcə köçürülmək istədikləri universitetlərə akademik transkriptlərini təqdim etməlidirlər”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Günay İsgəndərova "Tələbələrin köçürülməsi prosesi" mövzusunda canlı yayımda bildirib.
“Köçürülmə prosesindən öncə tələbə köçütrülmək istədikləri universitetlərə yaxınlaşaraq akademik transkriptlərini təqdim etsinlər. Həmin universitetdə səlahiyyətli şəxslərə transkriptləri hesablatsınlar ki, köçürüldükləri təqdirdə nə qədər kreditləri yaranacaq.”
O qeyd edib ki, əks halda tələbələr köçürüldükdən sonra kreditlərin yaranması səbəbi ilə bir yaxud yarım il artıq oxuamalarına gətirib çıxarır.