“Köçürülmədə subbakalavrların universitet və ixtisas dəyişmək kimi şansları yoxdur.”
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Günay İsgəndərova "Tələbələrin köçürülməsi prosesi" mövzusunda canlı yayımda bildirib.
“Subbakalavrlar yalnız ixtisasalma formasını dəyişə bilərlər. Köçürülmə ilə bağlı qaydalarda subbakalvarların universitet və ixtisaslarını dəyişmələri ilə bağlı icazə yoxdur”.