“BP 2020-ci ilin yekunları Biznes Əməliyyatları Hesabatını hazırlayıb. Siyahı da təhsillə bağlı layihələr də yer alıb.
2020-ci ildə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 3,2 milyon ABŞ dolları xərcləmişlər.
AzEdu.az BP-yə istinadən Bp və tərəfdaşlarının həyata keçirdiyi təhsil layihələrindən bir neçəsini təqdim edir:
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.
bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) əlilliyi və inkişafda gecikmələri olan uşaqların müalicə xidmətinin Azərbaycanda inkişafı, həmçinin onların müalicəsi ilə məşğul olan peşəkarlara dəstək olmaq üçün sosial layihəyə başlayıb. Buna nail olmaq üçün ABŞ-da yerləşən Corctaun Universiteti ilə birgə əlilliyi və inkişafda gecikmələri olan uşaqları müalicə edən yerli mütəxəssislərə təlimlər keçirilir. Ölkə daxilində uşaq inkişafı xidmətlərinin qovşağını genişləndirmək məqsədilə Corctaun Universiteti ilə birgə yerli peşəkarlara təlimlər keçirmək üçün yerli universitetlərdən birində praktiki təlim mərkəzi yaradılması nəzərdə tutulub.