Dövlət İmtahan Mərkəzində (DİM) ilk “Test po russkomu yazıku kak inostrannım” (ТРКИ) imtahanı təşkil edilib.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan onlayn qaydada keçirilib. İmtahanın nəticələri 7 iş günündən sonra email vasitəsilə namizədə göndəriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda yeganə fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.
İmtahana qeydiyyat və digər məsələlərlə bağlı daha ətraflı məlumat DİM-in saytında verilib.