Azedu.az

RTŞ rəhbəri görülən işlərdən danışdı:\"Tam gücümüzlə məktəblərdə şagirdləri qəbul edə biləcəyik”

28 Yanvar 2021, 13:33
RTŞ rəhbəri görülən işlərdən danışdı:\

“Abşeron rayonunda 40 məktəb fəaliyyət göstərir. Ümumilikdə altmış yeddi min şagird təhsil alır. Bunlardan 28556-sı fevralın 1 -də ibtidai təhsil pilləsində, 3406-sı isə məktəbəqədər hazırlıq qruplarında əyani tədrisə cəlb olunacaqlar”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Abşeron təhsil şöbəsinin rəhbəri Nazilə Məmmədova “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda keçirilən seminarda deyib. O, məktəblərdə görülən hazırlıq işlərindən də danışdı:

 

“Məktəblərdə dezinfeksiya işləri aparılır, həmçinin lazımi tibbi preparatlarlar paylanılır. Pandemiya dönəmində Microsoft teams proqramında dərslərin keçirilməsi tədrisin aparılması prosesinə müsbət təsir etdi. Məktəblərdə istiliklə bağlı problem yoxdur, lakin bəzi texniki nöqsanlar vardı ki, onlar da həllini tapıb. Fevralın 1-dən tam gücümüzlə məktəblərdə şagirdləri qəbul edə biləcəyik”.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox