Azedu.az

Toronto Universitetinin məzunu \"Süni intellekt və oyunlar” mövzusunda təlim keçəcək

27 Yanvar 2021, 17:10
Toronto Universitetinin məzunu \

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda, əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.

Təhsil Nazirliyindən  bildirilib ki, yanvarın 29-u saat 17:00-da keçiriləcək təlim proqramı “Süni intellekt və oyunlar” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Kanadanın Toronto Universitetində kompüter elmləri ixtisasından bakalavriat səviyyəsi üzrə məzun Vüqar Məmmədlidir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox