“Valideyn qiymətləndirmədə neqativ hallara yol verirsə, gələcəkdə övladının təhsilinə sədd çəkir. Bu gün o şagird yalançı yüksək qiymət alırsa, uduzmuş olur”.
AzEdu.az xəbər verir ki, bunu BŞTİ-nin rəhbəri Mehriban Vəliyeva “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda keçirilən seminarda bildirib.
O, övladına kömək edən valideynlərin bundan yayınması gərəkdiyini vurğuladı: “ Bu hallar aşkarlanarsa, apellyasiyaya müraciət olunur və həll olunur. Övladına qiymətləndirilmə prosesində kömək edən valideyn yalan danışmış olur. Bunu önə çəkmək lazımdır”.