“Şagirdlərin ənənəvi tədrisə adaptasiya olunması üçün psixoloqlar bu işə cəlb olunacaqlar”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirliyinin şöbə müdiri Vəfa Yaqublu nazirliyin media nümayəndələri üçün təşkil etdiyi onlayn seminarda səsləndirib.
O, şagirdlərin psixoloji vəziyyətinin olduqca vacib olduğunu vurğulayıb:
“Ehtiyacı olan uşaqlarla psixoloqlar işləyəcək. Həmçinin, Məktəblinin dostu da bu işdə məktəblilərə kömək edəcək. Ümid edirik ki, şagirdləin adaptasiysında ciddi problemlər olmayacaq”.