Azedu.az

Yoluxma aşkarlanan siniflər distant təhsilə keçəcək  

27 Yanvar 2021, 12:41
Yoluxma aşkarlanan siniflər distant təhsilə keçəcək  

Fevralın 1-dən tədris qismən bərpa edildikdən sonra sinif üzrə yoluxma halı baş verərsə, bu halda həmin sinif distant təhsil formasına keçəcək.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu media nümayəndələri üçün keçirilən “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, yoluxma ilə bağlı görüləcək tədbir onun miqyasından asılıdır:

 

“Bununla bağlı normativlər var. Sinif üzrə yoluxma olduqda sinif, məktəb üzrə yoluxma məktəb distant formaya keçəcək”.

 
TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox