Azedu.az

Bir həftəyə dərslər başlanır, məktəblər ciddi yoxlanılır – BŞTİ müdiri

Elm və Təhsil Nazirliyi

27 Yanvar 2021, 11:54
Bir həftəyə dərslər başlanır, məktəblər ciddi yoxlanılır – BŞTİ müdiri

 

 

 

“Bakıda 316 təhsil müəssisəsi var.  1 həftədən sonra şagirdlər əyani tədrisə cəlb olunacaqlar. Fevralın 1-dən həm məktəbəqədər qruplar, ibtidai siniflər həftədə 3 dəfə əyani dərslərə başlayacaq.  Mövcud vəziyyətə görə isə yuxarı siniflərlə bağlı qərar qəbul ediləcək”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban  Vəliyeva deyib.

 

O, əlavə edib ki, məktəblərdə karantin qaydalarının tələblərinə cavab verib-verməməsi də yoxlanılır:

 

“Monitorinq keçirilib və Bakı məktəblərində karantin rejiminə riayət edilməsi üçün bütün lazımi preparatların mövcudluğu müəyyənləşdirilib”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox