Azedu.az

\"Tədrisin ənənəvi formasının bərpası\" mövzusunda onlayn seminar keçiriləcək

26 Yanvar 2021, 14:36
\

27 yanvar saat 11:00-da Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda onlayn seminar keçiriləcək.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, seminarda iştirak üçün qeydiyyat prosesi bu gün  başa çatır. İştirak etmək istəyən media nümayəndələrindən bu gün  saat 18:00-dək müvafiq link vasitəsilə (//bit.ly/369Vrfu) qeydiyyatdan keçmələri xahiş olunur.

 

Qeyd edək ki, onlayn seminara dair keçid yalnız qeydiyyatdan keçmiş  media nümayəndələrinə göndəriləcək.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox