Koronavirusa qarşı peyvənd vurdurmağa hazırlaşan insan öz qidalanmasında müəyyən dəyişikliklər etməlidir.
AzEdu.az saglamolun.az-a istinadən bildirir ki, alimlərin sözlərinə görə, bəzi qidaların istehlakı orqanizmdə peyvənddən sonra koronavirusa qarşı lazım olan anticisimlərin sintezini sürətləndirir.
Söhbət zülallarla zəngin olan qidalardan - yumurta, ət, balıq, süd məhsullarından gedir.
Anticisimlər zülaldan ibarət olan struktirlardır və onların sintezi üçün orqanizmə kifayət miqdarda zülal daxil olmalıdır.