“Bir prosses bitəndə onun sonrakı qiymətləndirilməsi olduqca vacibdir. Sosial şəbəkələrdə hansısa direktorun fəaliyyəti ilə bağlı istifadəçilərin dəfələrlə izlədiyi problemli video yayılır. Nazirlik olaraq bizim işimiz həmin direktorla əmək müqaviləsinə xitam verildiyi gün bitmir”.
Azedu.az xəbər verir ki, bunları Təhsil naziri Emin Əmrullayev "Xəzər" Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.
O bu kimi halların qiymətləndirilməsi və gələcəkdə həmin səhvlərin buraxılmamasının vacibliyini qeyd edib:
“Bizim üçün başqa bir vacib məsələ var və bu cəmiyyət üçün də vacib olmalıdır. Biz sual verməliyik ki, bu adam necə oldu direktor oldu? Biz səhv mi etdik, yoxsa bu sadəcə sistemdə baş verən yüz haldan biridir ki, təsadüfən bu adam direktor olub.
Yaxud həmin adam 10-15 il direktor işləyib. Onun fəaliyyəti necə oldu? Bütün bu sualların qiymətləndiriləmis və təkrar olaraq eyni səhvlərin buraxılmaması çox vacib məsələdir