Respublika fənn olimpiadalarının ənənəvi qaydada keçirilməsi nəzərdə tutulur.
AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yanvarın 22-də keçirilən brifinqdə deyib. Nazir bildirib ki, fevralın sonunda, yaxud martın əvvəllərində sıxlığa nəzarət etməklə olimpiadaların keçirilməsi planlaşdırılır. Lakin yenə də hər şey virusun yayılma dinamikasından asılıdır.